Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər edib

Xəbərlər

07.03.2026 - 12:59

Nazirin TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş