Ceyhun Bayramov Taylanda işgüzar səfər edib

Xəbərlər

19.04.2026 - 11:44

Nazirin UNESCAP-ın 82-ci sessiyasında iştirakı və çıxışı, yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub

Aprelin 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tayland Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş