Ceyhun Bayramov şəhidlərin ailələrinə başsağlığı verib

Siyasət

13.09.2022 - 23:15

XİN baçısı şəhidlərlə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

AYNA xəbər verir ki, nazir sosial şəbəkə hesabında etdiyi paylaşımda deyilir:

"Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş