İlham Əliyev litvalı həmkarını təbrik etdi

Siyasət

15.02.2020 - 21:40

İlham Əliyev: "Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur"

 

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

 

AYNA-nın məlumatına görə, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

 

Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram”.

Müəllif: Ayna.az