Ceyhun Bayramov Qətərə gedib

Xəbərlər

29.04.2024 - 16:43

XİN başçısı Qətər Dövlətinə işgüzar səfər edib

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az