Ceyhun Bayramov Popovski ilə görüşüb

Xəbərlər

18.11.2021 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşüb. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir C.Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

M.Popovskiy Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlarıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş