Ceyhun Bayramov İrana gedib

Xəbərlər

09.12.2020 - 11:34

Azərbaycanın XİN rəhbəri Tehrana yola düşüb

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfərlə yola düşüb.  AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az