Ceyhun Bayramov fransalı həmsədrlə danışıb

Siyasət

04.10.2020 - 17:19

Stefan Viskonti, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edib

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla və ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub. XİN-dən AYNA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov, fransız həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutub.

 

Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.

 

Fransız həmsədrə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Stefan Viskontinin diqqətinə çatdırılıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür.

 

Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını bir daha nümayiş etdirdiyini vurğulayıb.

 

Stefan Viskonti, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etmiş və atəşkəsə əməl etmənin əhəmiyyətini vurğulayıb.

 

Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin olunması üçün mühüm şərt olmasını qeyd edib.

Müəllif: Ayna.az