Ceyhun Bayramov: "Ermənistan Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır"

Siyasət

04.09.2023 - 23:06

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı Ceyhun Bayramov Piter Siyarto ilə görüşüb

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistan hər vəchlə maneçilik törədir, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır.

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşündə deyib.

Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş