"Slovakiya tərəfi Çexiyaya Fikonun təyyarəsi üçün uçuş icazəsi üçün standart sorğu göndərib və bu, dərhal təmin edilib"
Çexiya Respublikası Slovakiya Baş naziri Robert Fikonun təyyarəsinin Moskvada Qələbə Gününün 81-ci ildönümü tədbirinə gedərkən öz ərazisi üzərindən uçmasına icazə verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Adam Çerge məlumat verib.
"Slovakiya tərəfi Çexiyaya Fikonun təyyarəsi üçün uçuş icazəsi üçün standart sorğu göndərib və bu, dərhal təmin edilib", - XİN rəsmisi qeyd edib.
Slovakiya Baş naziri 9 mayda Slovakiyanın azadlığı uğrunda nasistlərlə döyüşdə həlak olan Qırmızı Ordu əsgərlərinin xatirəsini yad etmək üçün Moskvaya gedəcək. O Moskvada Naməlum Əsgər məzarına gül qoymağı və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Estoniya, Litva, Latviya və Polşa Rusiya paytaxtındakı tədbirdə iştirak etmək üçün Fikonun təyyarəsinin öz hava ərazilərindən keçməsini qadağan edib.