Çexiya Azərbaycandan neft idxalını artırıb

İqtisadiyyat

17.10.2025 - 23:37

Çexiyaya ixrac edilən xam neftin payı Azərbaycanın ümumi xam neft ixracının 7,69 faizini təşkil edib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Çexiyaya 701,37 milyon dollar dəyərində 1 307 899 ton xam neft ixrac edib.

AYNA.AZ xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 4,9% artıb, dəyəri isə 11,2% azalıb.

Çexiyaya ixrac edilən xam neftin payı Azərbaycanın ümumi xam neft ixracının 7,69%-ni təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş