Cevdet Yılmaz Ermənistana gedəcək

Dünya

02.05.2026 - 17:16

Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında ölkəsini təmsil edəcək.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, əlaqəliliyin inkişafı, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunacaq.

Görüşdə həmçinin regionda baş verən son hadisələr və qlobal problemlər də gündəmdə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş