Türkiyə vitse-prezidentinin TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclasında iştirakı nəzərdə tutulur
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək. AYNA.AZ APA-ya istinadən xəbərə görə, Cevdet Yılmaz 2-3 aprel tarixlərində Bakıya gələcək.
Onun Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclasında iştirakı nəzərdə tutulur.