Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək

Dünya

16.12.2024 - 08:22

Həkimlər Klinikalar SEO Xidməti

Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezidenti Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

AYNA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Xatırladaq ki, ekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yölün vəzifəsinə qayıtması barədə qərar verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş