Cənubi Koreyadan Şimali Koreyaya cavab: ballistik raket buraxılıb

Dünya

08.11.2024 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Təlim zamanı Şimali Koreya gəmisinə hücum ssenarisi işlənib

Cənubi Koreya Şimali Koreyanın son raket atışlarına cavab olaraq Sarı dənizdə ballistik raket buraxıb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət Seuldan 108 kilometr aralıda yerləşən Taean qraflığında keçirilən təlimlər zamanı “Hyonmu-2” sinfinə aid qısa mənzilli ballistik raketin buraxılmasından gedir. Təlim zamanı Şimali Koreya gəmisinə hücum ssenarisi işlənib. Təlimlərin Seulun Pxenyanın “istənilən təxribatına cavab verməyə” hazır olduğunu nümayiş etdirmək məqsədi daşıdığı vurğulanır.

Qeyd edək ki, oktyabrın 31-də Şimali Koreya 7687,5 kilometr hündürlüyə qalxan və 1000 kilometrdən çox məsafə qət edən ən yeni qitələrarası ballistik raket olan “Hvasonq-19”u buraxıb.

Müəllif: Ayna.az