Cənubi Koreya Ukraynaya hərbçilər göndərməyi nəzərdən keçirir

Dünya

22.10.2024 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilər Kiyevə Şimali Koreyanın hərbi taktikası, doktrinası və əməliyyatları haqqında məlumat verəcəklər

Cənubi Koreya öz ordusunu Rusiya tərəfində döyüşməyə göndərən Şimali Koreyanın hərəkətlərinə cavab olaraq Ukraynaya hərbi və kəşfiyyat məlumatları şəklində yardım göstərə bilər. AYNA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Newsweek” portalı məlumat yayıb.

Portal ölkənin bir kəşfiyyat rəsmisinə istinadla yazıb ki, Şimali Koreya üzrə ixtisaslaşmış Cənubi Koreya hökuməti və ordusu kəşfiyyat zabitləri və düşmən taktikası üzrə ekspertlər daxil olmaqla, müvafiq sayda şəxsi heyətin Ukraynaya göndərilməsi planını nəzərdən keçirir.

Onlar Kiyevə Şimali Koreyanın hərbi taktikası, doktrinası və əməliyyatları haqqında məlumat verəcəklər.

Bu fonda Cənubi Koreyanın Müdafiə Nazirliyi Ukraynaya mümkün ölümcül silah tədarükü ilə bağlı tədbirləri “açıq şəkildə” nəzərdən keçirəcəyini bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın Şimali Koreyadan Ukraynadakı müharibəyə 11 mindən çox hərbi qulluqçu göndərəcəyini bildirib. Onlar hazırda təlim keçirlər və noyabrın 1-də döyüşə hazır olacaqlar.

Bunu Cənubi Koreya kəşfiyyatı da təsdiqləyib. Bildirilir ki, Şimali Koreya əsgərləri hazırda Uzaq Şərqdədirlər. Vurğulanır ki, Şimali Koreya hərbçilərinə Rusiya hərbi geyimləri və Rusiya istehsalı silahlar, həmçinin saxta şəxsiyyət vəsiqələri verilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Şimali Koreya Rusiya ordusunu təkcə silahla deyil, həm də şəxsi heyətlə təmin edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş