Danışıqlar dörd saatdan çox davam edib
Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar keçirilib. AYNA.AZ “Reuters“ə istinadən bildirir ki, danışıqlar dörd saatdan çox davam edib.
Qeyd olunub ki, üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilib.
Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.