Cəlilabadın keçmiş icra başçısının həbs müddəti uzadılıb

Xəbərlər

12.10.2021 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Namiq Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

AYNA APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, N. Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş