Qəza nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıblar
Cəlilabad rayonda ağır yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabadın Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində üç nəfər - Əqidə Fətəliyeva, Muxtar Zeynalov və Ceyhun Ağayev xəsarət alıblar.
Onlar rayon xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.