Cəlilabadda elektrik dirəkləri yanaraq aşıb

Hadisə

18.08.2025 - 13:05

10-a yaxın mal-qaranı cərəyan vuraraq öldürüb

Cəlilabadda 10-a yaxın mal-qaranı elektrik cərəyanı vuraraq öldürüb. AYNA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Zərbiəlli kəndində baş verib. Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.

Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş