Cəlilabadda azyaşlı bacılar kanalda boğulub

Hadisə

29.12.2023 - 18:34

Həkimlər Klinikalar SEO Xidməti

Bədbəxt hadisə Cənubi-Muğan kanalında baş verib

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində ölənlərin şəxsiyyəti məlum olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2019-cu il təvəllüdlü Abdullayeva Nərmin Vüsal qızı və bacısı 2016-cı il təvəllüdlü Abdullayeva Leyla Vüsal qızıdır.

Bədbəxt hadisə bacıların evlərinin qarşısından keçən Cənubi-Muğan kanalında baş verib.

İlkin ehtimala görə, ehtiyatsızlıqdan əvvəlcə kiçik bacı kanala düşüb. Böyük bacısı onu çıxarmağa kömək edən zaman boğulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş