Hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb
Cəlilabad rayonunda yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes-Benz” markalı minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb.
Nəticədə dirək zədələnib, elektrik naqilləri qırılıb və yolun hərəkət hissəsinə tökülüb.
Qəza zamanı xəsarət alan olmayıb.