Cəlilabadda 18 yaşlı gənc suda boğulub

Xəbərlər

28.05.2026 - 21:14

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş