Cəlilabada yağan qar fəsadlar törədib: kəndlərlə əlaqə kəsilib

Xəbərlər

21.02.2021 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Qarın qalınlığı 20 sm-ə çatıb

 

Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb. AYNA “Report”a istinadən xəbər verir ki, qarın qalınlığı 20 sm-ə çatıb.

 

Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.

 

Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş