Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub

Xəbərlər

16.07.2026 - 20:47

Kəndə daha 52 nəfər köçürülüb

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub. AYNA.AZ-ın xəbərinə görə, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.

Ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş