Müşahidə olunan faktiki vəziyyət açıqlanıb
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Milli Hidrometerologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 28-i saat 10:00-a olan məlumatına əsasən: Böyük Qafqaz ərazisindən axan çaylarda Qarasuçayda 16 sm, Katexçayda 6 sm artım müşahidə olunub.
Zəyəmçay və Kürəkçayda 2 sm səviyyə artımı qeydə alınıb. Qarabağ və Şərqi-Zəngəzur bölgəsinin çaylarında Tərtərçay (Vəngdə) 5 sm, Oxçuçay və Quruçayda 3 sm, Həkəriçayda 2 sm artım baş verib.
Kür-Zərdabda 17 sm, Kür-Surrada isə 5 sm artım müşahidə olunub.