Çavuşoğlu Azərbaycana gəlir: səfər proqramı açıqlanıb

Xəbərlər

17.02.2021 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M.Çavuşoğlunu qəbul edəcək.

 

“Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək. Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq”, deyə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş