Çavuşoğlu almaniyalı həmkarı ilə Qarabağı müzakirə edib

Xəbərlər

08.10.2020 - 15:14

XİN başçıları Ermənistanın təcavüzü barədə fikir mübadiləsi aparıblar

 

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun almaniyalı həmkarı Hayko Maas Bratislavada görüşüblər. AYNA xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı "Twitter"də yazıb.

 

Çavuşoğlu bildirib ki, Almaniya Xarici İşlər naziri Hayko Maasla Türkiyə-Almaniya münasibətlərini, Şərqi Aralıq dənizi, Liviya və Ermənistanın təcavüzünü müzakirə ediblər: “Yunanıstan və Kiprin maksimalist yanaşmalarla Avropa İttifaqı ilə münasibətlərimizi zədələməsinə icazə vermərik”.

Müəllif: Ayna.az