CAR Ukrayna böhranı ilə bağlı Çin və Braziliyanın konsensusunu dəstəkləyib

Dünya

04.08.2024 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

“Qlobal Cənub ölkələri sülhə nail olmağa şərait yaratmaq üçün əməkdaşlığı gücləndirməlidir”

Cənubi Afrika Respublikası (CAR) Ukrayna böhranının həlli ilə bağlı Çin-Braziliya konsensusunu dəstəkləyib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xüsusilə, Pretoria “məkik diplomatiyasını” yüksək qiymətləndirib və altı bəndlik planı fundamental dəstəklədiyini və onu çoxtərəfli formatlarda birgə təşviq etməyə hazır olduğunu bildirib. Bundan əlavə, Cənubi Afrika hakimiyyətinin fikrincə, Qlobal Cənub ölkələri sülhə nail olmağa şərait yaratmaq üçün əməkdaşlığı gücləndirməlidir.

Çin XİN həmçinin Çin və Braziliyanın Ukrayna ilə bağlı konsensusunun 110-dan çox ölkə tərəfindən dəstəkləndiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş