Canni De Byazi millinin baş məşqçisi postundan getdi

İdman

22.11.2023 - 11:54

İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. AYNA “Report”a istinadən bildirir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etməyiblər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Canni De Byazi isə iclasda cəmi 10 dəqiqə iştirak edərək, oranı tərk edib.

Məlumata görə, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb. Belə ki, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq. Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

Xatırladaq ki, bu, italyan məşqçinin ilk hörmətsizliyi deyil. Onun “aktiv”ində AFFA-nın iclasını da, mətbuat konfransını da tərk etmək, eləcə də oyundan sonra azərbaycanlı jurnalistlərə qarşı təhqiramiz sözlər işlətmək var.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

Müəllif: Ayna.az