Camaləddin Quliyevə vəzifə verilib

Xəbərlər

04.12.2024 - 19:57

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalist Dövlət Komitəsində vəzifəyə təyin olunub

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.

AYNA-nın Modern.az-a istinadən məlumatına görə, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.

C.Quliyev əvvəllər “Paritet” qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV-lər üçün çoxsaylı analitik yazılar və şərhlərlə diqqəti cəlb edirdi.

 

Müəllif: Ayna.az