Yeni texnologiya möcüzəsi

Maraqlı

26.06.2019 - 10:27

Bir sutkada 200-dən 400 litrə qədər benzin və dizel yanacağı emal ediləcək

 

Kanadanın Kalqari şəhərində qurulmuş “Carbon Engineering” Yer kürəsini qlobal isinmədən xilas edəcək. AYNA xəbər verir ki, bu barədə tanınmış jurnalist, texnika elmləri namizədi İbrahim Nəbioğlu öz “Facebook” səhifəsində məlumat paylaşıb.

 

“Mühəndislər atmosferdən CO2-ni - "parnik qazı"nı alıb onu sintetik enerjiyə çevirəcəklər. 2021-ci ildə Vankuver yaxınlığında inşa ediləcək zavod 40 milyon ağacın (!) gördüyü işi görəcək” – deyə o yazıb.

 

Nəbioğlunun sözlərinə görə, 9 milyon dollara başa gələcək texnologiya möcüzəsi bir sutkada 200-dən 400 litrə qədər benzin və dizel yanacağı emal edəcək: “Startapın investorları arasında Bill Geyts (“Microsoft”) və Murrey Edvards (“Chevron Technology Venture”) kimi tanınmış insanlar var. Onlar "dünyanın pulu"nu Dünyaya xərcləyirlər…”

Müəllif: Ayna.az