Bu il işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

Xəbərlər

27.12.2023 - 16:35

4 min 368 müəllim müddətsiz, 2 min 351 müəllim isə müddətli müqavilə əsasında işlə təmin olunub

Elm və Təhsil Nazirliyi 2023-cü il üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrini açıqlayıb.

Nazirlikdən AYNA-ya bildirilib ki, cari ildə 4 min 368 müəllim müddətsiz, 2 min 351 müəllim isə müddətli müqavilə əsasında işlə təmin olunub. 2 min 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub. Həmçinin məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işlə təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş