Bu il DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

Xəbərlər

20.05.2026 - 13:48

Vətəndaşların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub

Bu ilin yanvar-aprel aylarında DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.

2019-cu ilin may ayından indiyədək ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri olan 162 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş