Bu gündən açıq havada maskadan istifadə tələbi ləğv edilir

Xəbərlər

31.05.2021 - 00:08

Mayın 31-dən ölkə ərazisində açıq havada maska taxılması tələbi ləğv olunur

 

Bu gündən açıq havadakı ictimai yerlərdə tibbi maskadan istifadə edilməsi məcburi olmayacaq.

 

AYNA xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına əsasən, mayın 31-dən ölkə ərazisində açıq havada maska taxılması tələbi ləğv olunur.

 

 

Müəllif: Ayna.az