Mayın 6-dan etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il mayın 5-də aşağıdakı imtahanlar keçirilib.
DİM-dən AYNA-ya verilən məlumata görə, mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.