Bu gün İrandan 60 xarici ölkə vətəndaşı Azərbaycana təxliyə olunub

Xəbərlər

14.03.2026 - 18:58

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. AYNA.AZ xəbər verir ki, bu gün səhər saat 09:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsi vasitəsilə ümumilikdə 60 nəfər Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunanlar arasında 43 nəfər Hindistan, 6 nəfər Rusiya, 4 nəfər Kanada, 3 nəfər Tacikistan, 3 nəfər Azərbaycan və 1 nəfər Pakistan vətəndaşı var.

Təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş