Bu gün Elçibəyin vəfatından 20 il keçir

Xəbərlər

22.08.2020 - 11:02

cedabet dərman SEO Xidməti

Keçmiş Prezident 2000-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib

 

Milli Azadlıq Hərəkatının lideri, keçmiş Prezident Əbülfəz Elçibəyin vəfatından 20 il keçir. AYNA xəbər verir ki, Ə.Elçibəy xərçəng xəstəliyindən 2000-ci il avqustun 22-də müalicə aldığı Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Onun nəşi Bakıya gətirilərək Birinci Fəxri xiyabanda dəfn edilib.

 

Qeyd edək ki, Ə.Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.

 

Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

 

Prezident seçildikdən bir il sonra - 1993-cü ilin iyununda isə Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə köçüb.

 

Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş