Mindən çox abonentin qaz təminatında fasilələr yaranacaq
Bu gün Neftçalanın bir neçə kəndində qaz kəsiləcək. AYNA xəbər verir ki, bu barədə rayonun icra hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xıllı qəsəbəsində qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq saat 10:00 dan iş başa çatana qədər rayonun Xıllı qəsəbəsi, Dördlər kəndi, Boyat kəndi və Ballıcallı kəndlərində ümumilikdə 1101 abonentin qaz təminatında fasilələr yaranacaq.
İşlər başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.