6 dairə üzrə protokollar hələ sayta yerləşdirilməyib
Milli Məclisə növbədənkənar seçkilər üzrə 119 dairədə keçirilən səsvermənin nəticələrinə dair protokollar məlum olub.
AYNA xəbər verir ki, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin saytında (https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=2) yerləşdirilib.
6 dairə - 35 saylı Xətai üçüncü, 44 saylı Sumqayıt-Xızı, 42 saylı Sumqayıt ikinci, 77 saylı Astara, 123 saylı Kəlbəcər və 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə protokollar hələ sayta yerləşdirilməyib.