Tərəflər sonuncu dəfə aprelin 6-da Brüsseldə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. AYNA xəbər verir ki, görüş mayın 22-də Brüsseldə baş tutacaq.
Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər keçirəcək. Daha sonra isə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, sonuncu dəfə tərəflər aprelin 6-da Brüsseldə görüşüb.