Britaniyalı dalğıclar Hörmüzdə minaları təmizləməyə hazırdırlar

Dünya

23.04.2026 - 15:38

Kral Dəniz Qüvvələri mütəxəssisləri Hörmüz boğazında əməliyyatlar aparmağa hazırlaşırlar

Britaniya hərbi dalğıcları qərar qəbul ediləcəyi təqdirdə Hörmüz boğazında minaları təmizləməyə hazırdırlar. AYNA.AZ “Politico”ya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, mina təmizləmə və mina zərərsizləşdirmə üzrə təlim keçmiş Kral Dəniz Qüvvələri mütəxəssisləri Hörmüz boğazında əməliyyatlar aparmağa hazırlaşırlar.

Böyük Britaniya həmçinin boğazın təhlükəsizliyini təmin etmək üçün təklif olunan çoxmillətli missiyanın bir hissəsi olaraq muxtar mina ov sistemləri təmin edəcəyini təsdiqləyib.

“Politico” qeyd edir ki, London bununla ABŞ Prezidenti Donald Trampa Fars körfəzindən keçən əsas keçidin qorunmasına əhəmiyyətli töhfə vermək istəyini nümayiş etdirməyə çalışır.

Keçən ay Böyük Britaniya Fars körfəzinə Kral Dəniz Qüvvələri gəmisi və ya muxtar mina ov sistemləri ilə təchiz olunmuş kommersiya gəmisi göndərməyi nəzərdən keçirdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş