Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

12.01.2022 - 07:53

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 120 821 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 14 732 594 nəfərə çatıb.

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 379 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 150 609 nəfərə çatıb.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş