Britaniyada son sutkada koronavirusdan 338 nəfər həyatını itirib

Dünya

28.01.2022 - 01:35

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 96 871 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 16 245 474 nəfərə çatıb.

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 338 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 155 040 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş