Britaniyada son sutkada koronavirusdan 125 nəfər həyatını itirib

Dünya

19.12.2021 - 01:23

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 90 418 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 11 279 428 nəfərə çatıb.

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 125 nəfər koronavirusdan həyatını itirib.

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 147 173 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş