Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 7393 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 542 986 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 7 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 867 nəfərə çatıb.