Britaniya vətəndaşlarını İsraildən çıxarır

Dünya

23.06.2025 - 07:29

cedabet dərman SEO Xidməti

Hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edib

Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub.

Bu qərar ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi və İsrail-İran arasında gərginliyin artması fonunda elan edilib.

Qeyd edək ki, İsrailin hava məkanı 13 iyun tarixində bağlanıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş