Britaniya Kiyevə 9,5 milyon dollar ayıracaq

Dünya

20.11.2024 - 09:07

Həkimlər Klinikalar SEO Xidməti

Vəsait pilotsuz təyyarələrin alınması üçün nəzərdə tutulub

Böyük Britaniya hökuməti Ukrayna üçün hücum və kəşfiyyat PUA-larının alınmasına təxminən 9,5 milyon dollar ayırmaq niyyətindədir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hökumət yeni hücum və müşahidə pilotsuz təyyarələrinin alınması üçün 7,5 milyon funt sterlinq (9,5 milyon ABŞ dolları) məbləğində əlavə hərbi dəstək elan edir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, PUA-lar Kiyev üçün birgə pilotsuz təyyarələr alan Böyük Britaniya və Latviyanın başçılıq etdiyi ölkələrin koalisiyası vasitəsilə Ukraynaya təhvil veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş