Braziliya millisi 2-ci dəfə Olimpiya çempionu oldu

İdman

07.08.2021 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

Oyunda qolların müəllifi Mateus, Mikel Oyarzabal və Malkom olublar

 

Avqustun 7-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final görüşü keçirilib.

 

AYNA xəbər verir ki, Olimpiadanın finalında Braziliya və İspaniya komandaları üz-üzə gəliblər. Görüş Cənubi Amerika ölkəsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb, Braziliya yığması ardıcıl ikinci dəfə Olimpiya çempionu olub.

 

Qolların müəllifi Mateus (Braziliya), Mikel Oyarzabal (İspaniya) və Malkom (Braziliya) olublar.

 

Qadınların yarışında isə Kanada seçməsi çempion adını qazanıb. 

 

Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət