Bozdağda köməksiz qalmış üç nəfər xilas edilib

Xəbərlər

09.02.2023 - 11:28

Hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər.

Müəllif: Ayna.az